Azay Quliyev Koncaryanın yalanını ifşa edib: "Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır"

Azay Quliyev Koncaryanın yalanını ifşa edib: "Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır"
  • Clock-gray 02:38
  • calendar-gray 25 Fevral 2021

ATƏT PA-nın bu gün işə başlayan qış sessiyasında erməni nümayəndə heyətinin rəhbəri Hayk Koncaryan növbəti dəfə Azərbaycana böhtan atmağa çalışıb.

APA xəbər verir ki, Hayk Koncaryanın Azərbaycanın müharibə vaxtı guya terrorçulardan istifadə olunması haqqında ittihamına ölkəmizin nümayəndə heyətinin rəhbəri Azay Quliyev sərt cavab verib.

“Ermənistan axırıncı ölkədir ki, antiterror fəaliyyətindən bəhs edə bilər. Çünki bu dövlət rəsmi şəkildə terroru dəstəkləyən və təşviq edən ölkədir. Ermənistan Azərbaycanda çoxlu sayda terror aktı törədib, indi isə Azərbaycana qarşı yalan məlumatlar yaymaqla məşğuldur.

Bildirmək istəyirəm ki, Azərbaycan heç vaxt terrorçuları hərbi əməliyyatlara cəlb etməyib. Buna heç vaxt ehtiyac olmayıb və bu barədə heç bir sübut da yoxdur. Ancaq Ermənistanın müharibə vaxtı Azərbaycana qarşı çoxlu sayda muzdluları cəlb etməsi bir faktdır və bununla bağlı kifayət qədər sübutlar var. Lakin Ermənistan döyüş meydanında ağır şəkildə məğlub olduqdan sonra ölkəmiz haqqında bu cür əsassız şayiələr yaymağa başladı.

Bildirmək istəyirəm ki, bu yalanlar Ermənistana heç bir fayda gətirməyəcək. Mən ATƏT PA-nın müvafiq qurumlarını Ermənistanın bu qanunsuz hərəkətlərinə qiymət verməyə çağırıram. Ermənistan nümayəndə heyəti çıxışlarında ehtiyatlı olmalı, yalan məlumat yaymağı dayandırmalı, etik qaydalara və parlament dilinə əməl etməlidir”, - deyə Azay Quliyev qeyd edib.

apa-logo-mini

Digər xəbərlər