Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar məbləğində yardım göstərib

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar məbləğində yardım göstərib
  • Clock-gray 15:40
  • calendar-gray 22 Mart 2020

Afrika İttifaqı Komissiyasının etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə bu təşkilata ölkəmiz tərəfindən 20 min ABŞ dolları məbləğində yardım göstərilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yardım ölkəmizin Afrika İttifaqı yanındakı daimi nümayəndəsi Elman Abdullayev tərəfindən təşkilatın Sosial Məsələlər üzrə Komissarı xanım Amira Elfadilə təqdim olunub.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsilə göstərilmiş bu yardım son dövrlər Afrikanın bir çox ölkələrində, xüsusilə Konqo Demokratik Respublikasında Ebola epidemiyasının törətdiyi sosial-iqtisadi fəsadların aradan qaldırılmasına köməklik məqsədilə ayrılıb.

apa-logo-mini

Digər xəbərlər