Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli görüşü təxirə salınıb - YENİLƏNİB

Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli görüşü təxirə salınıb - YENİLƏNİB
# 18 fevral 2021 12:53 (UTC +04:00)

Bu ilin 19 fevral tarixində Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü təxirə salınıb.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

***

saat 12:36

Sabah Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının 9-cu üçtərəfli görüşü təxirə salınıb.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, Baş nazirin müavini, xarici işlər naziri David Zalkalianinin Azərbaycana səfəri Baş Nazir Giorgi Qaxarianın və hökumətin istefası ilə əlaqədar təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR