Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı ekspertlərin görüşünün vaxtı müəyyənləşməyib

Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı ekspertlərin görüşünün vaxtı müəyyənləşməyib
# 09 fevral 2020 13:52 (UTC +04:00)

"Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlar davam edir".

Bunu APA-ya açıqlamasında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, bu ilin birinci yarısında Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının iclasının keçirilməsi nəzərdə tutulub: "Hazırda Gürcüstandan olan həmkarlarımızın, ekspertlərin görüşünün təşkil olunması tarixini müəyyən etməliyik. Ekspertlər arasında görüşlər davam edir. Vaxtaşırı görüşlər təşkil edirik. Amma bilavasitə komissiyanın növbəti iclasından 1-2 gün əvvəl ekspertlər görüşməlidir ki, sonra komissiya iclası keçirilsin. Diplomatik kanallar vasitəsilə tarixi razılaşdırırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR