Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının görüşü ilin sonunadək keçiriləcək

Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının görüşü ilin sonunadək keçiriləcək
  • Clock-gray 13:10
  • calendar-gray 14 Oktyabr 2019

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının oktyabrın 16-da Tbilisidə keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşün təxirə salınması ilə bağlı tərəflər razılığa gəliblər və görüş cari ilin sonunadək Tbilisidə keçiriləcək.

Azərbaycanın Gürcüstandakı səfirliyindən isə APA-nın yerli bürosuna bildirilib ki, müvafiq qərar Türkiyənin müraciəti əsasında qəbul edilib.

Qeyd edək ki, üçtərəfli formatda Gürcüstan, Azərbaycan və Türkiyə XİN başçılarının ilk görüşü 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub. Sonuncu görüş isə 2018-ci ilin 29 oktyabr tarixində İstanbul şəhərində keçirilib. Təxirə salınan görüş sayca 8-ci görüş idi.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date