Azərbaycan Prezidenti İƏT Baş katibini “Dostluq” ordeni ilə təltif edib

 Azərbaycan Prezidenti İƏT Baş katibini “Dostluq” ordeni ilə təltif edib
# 08 aprel 2021 19:03 (UTC +04:00)

Prezident İlham Əliyev Yusif bin Əhməd əl-Osayminin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Yusif bin Əhməd əl-Osaymin “Dostluq” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl Osayminə “Dostluq” ordenini təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR