Azərbaycan Prezidenti: “Türkiyə bu gün bəzi ölkələrdə haqqı, ədaləti qoruyur, əzilmiş xalqların mənafelərini müdafiə edir”

Azərbaycan Prezidenti: “Türkiyə bu gün bəzi ölkələrdə haqqı, ədaləti qoruyur, əzilmiş xalqların mənafelərini müdafiə edir”
# 10 dekabr 2020 18:56 (UTC +04:00)

“Bu tarixi zəfər bizim birliyimizin təcəssümüdür”.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident İlham Əliyev deyib ki, Türkiyə və onun Prezidenti müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərib: “Türkiyə Prezidentinin bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli, qiymətli idi, eyni zamanda bütün dünyaya bir mesaj idi. Mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycana heç kəs mane olmasın, Azərbaycan haqq davasına, Vətən Müharibəsinə başlayıb və Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, həmrəyliyin bir təcəssümü idi. Bu, onu göstərdi ki, Azərbaycan öz davasında haqlıdır. Biz tarixi ədaləti bərpa etdik, uzun illər sürən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı, bizə əlavə güc verirdi və biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik. Mən hər zaman əziz qardaşımı qarşılayarkən, yaxud qardaş Türkiyədə olarkən deyirdim ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapılmaz. Bu, həqiqətdir. Bu gün dünya xəritəsinə baxsaq, görərik ki, bizim qədər bir-birinə bağlı olan, hər zaman bir-birinin yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tale, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır. Bu gün əziz qardaşımın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib. Dünyanın bir çox ölkələrində Türkiyə haqqı, ədaləti qoruyur, müdafiə edir, əzilmiş xalqların mənafelərini müdafiə edir və ədaləti, beynəlxalq hüququ bərpa edir. Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir. Müstəqillik, mərdlik, cəsarət örnəyidir. Eyni zamanda inkişaf örnəyidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR