Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində aşağı gəlirli ölkələrin peyvənd əldə etməsinə dair təklif irəli sürüb

Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində aşağı gəlirli ölkələrin peyvənd əldə etməsinə dair təklif irəli sürüb
# 15 fevral 2021 18:28 (UTC +04:00)

“Peyvənd məsələsində bərabər və hamı üçün eyni yanaşma olmalıdır. Peyvəndin hazırlama texnologiyasının paylaşılması ilə bağlı təklif irəli sürülüb”.

APA-nın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” adlı beynəlxalq vebinarda Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bəzi ölkələr bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət edib.

“Bununla da daha çox vaksin istehsal olunsun və paylanılsın. Biz hazırda Qoşulmama Hərəkatı çərçivəsində belə bir təklif irəli sürmüşük. Bu, 120-yə yaxın ölkənin birgə mövqeyi olacaq. Xüsusilə aşağı gəlirli ölkələrə vaksin paylanmasına şərait yaradacaq. Biz donor təşkilatları da bu təklifləri nəzərə almağa çağırırıq. Pandemiya ilə mübarizədə ÜST-ün səylərini isə yüksək qiymətləndiririk”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR