Azərbaycan-Türkiyə münasibətləri haqda yeni kitab çap olunub

Azərbaycan-Türkiyə münasibətləri haqda yeni kitab çap olunub
# 11 fevral 2020 12:29 (UTC +04:00)

Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, fəlsəfə elmləri doktoru Cavid Vəliyevin “Azərbaycan-Türkiyə Strateji Müttəfiqliyi: tarixi və müasir əsasları” adlı kitabı türk dilində çap olunub.

BMTM-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitab Türkiyənin “Ötükən” Nəşriyyat Evi tərəfindən nəşr edilib.

Azərbaycan-Türkiyə münasibətlərinin beynəlxalq münasibətlərdə strateji müttəfiqlik anlayışı çərçivəsində təhlil olunduğu kitabda bugünkü Azərbaycan-Türkiyə strateji müttəfiqlik ideyasının əsaslarının XX əsrin əvvəllərində iki xalqın ziyalıları tərəfindən qoyulduğu qeyd olunub.

Kitabda Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra iki dövlət arasında münasibətlərin mərhələli şəkildə strateji müttəfiqlik səviyyəsinə çatması təhlil edilib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl dövründə münasibətlərdən xüsusi bəhs olunan kitabda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq münasibətlərinin iki dövlət arasında strateji müttəfiqlik əlaqələrinin müasir səviyyəyə çatmasına xidmət etdiyi vurğulanıb.

Altı fəsil və 390 səhifədən ibarət olan kitabda hərbi, iqtisadi, enerji və nəqliyyat sahəsində əlaqələr detallı şəkildə təhlil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR