Azərbaycan XİN: “Lüksemburq xarici işlər naziri öncə həqiqətlərlə tanış olsun”

Azərbaycan XİN: “Lüksemburq xarici işlər naziri öncə həqiqətlərlə tanış olsun”
# 20 mart 2021 10:28 (UTC +04:00)

“Lüksemburq xarici işlər naziri Jan Asselborn ilk dəfə deyil ki, Azərbaycan ilə bağlı qərəzli, tamamilə əsassız və bölgədə sülh və sabitliyin təmin olunmasına xidmət etməyən bəyanatlarla çıxış edir”.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Lüksemburq xarici işlər nazirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı suala verdiyi cavabına dair şərhində bildirilib.

Qeyd edilib ki, Lüksemburq Parlamentinin üzvünün suallarına cavabında Jan Asselbornun erməni propaqandasının tezislərini təkrarladığı diqqətdən yayınmır: “Yaxşı olardı ki, Lüksemburq xarici işlər naziri digər bölgələrdəki vəziyyətlə bağlı açıqlama vermədən öncə təmsil etdiyi ölkənin etibarlılığına xələl gətirməmək adına ən azı mövcud həqiqətlərlə tanış olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR