Azərbaycan XİN Ukrayna təyyarəsinin İranda qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

Azərbaycan XİN Ukrayna təyyarəsinin İranda qəzaya uğraması ilə əlaqədar başsağlığı verib
# 08 yanvar 2020 11:32 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Tehran yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar olaraq Ukrayna və İrana başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.

“Tehran yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində 176 nəfərin həlak olması ilə bağlı xəbəri böyük kədərlə eşitdik. Yaxınlarını itirmiş ailələrə başsağlığı veririk”, - deyə qeyd olunub.

Xatırladaq ki, göyərtəsində 176 (bəzi mənbələrə görə 180) nəfər olan “Boeing 737” tipli sərnişin təyyarəsi bu gün Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR