Azərbaycan XİN başçısı: “Cammu və Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyirik”

Azərbaycan XİN başçısı: “Cammu və Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyirik”
  • Clock-gray 17:59
  • calendar-gray 22 İyun 2020

“Azərbaycan beynəlxalq birliyin məsul üzvü olaraq Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə, sülh yolu ilə həllini dəstəkləyir”.

Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əlaqə Qrupunun Cammu və Kəşmir üzrə virtual görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, nəticədə məsələnin davamlı həllinə səbəb olacaq səyləri davam etdirməyə aşkar bir ehtiyac var.

“Cammu və Kəşmir məsələsi ilə əlaqəli bütün həll edilməmiş məsələlərin sülh yolu ilə həlli, daha geniş Cənubi Asiya bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Cammu və Kəşmir üzrə İƏT Əlaqə Qrupunun üzvü olaraq, Azərbaycan bu formatı İƏT üzvü olan dövlətlərin müvafiq İƏT qərarlarından irəli gələn öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini nəzərdən keçirmək üçün vacib və faydalı bir mexanizm hesab edir. Azərbaycan yaxın vaxtlarda bölgədə sülhün və əmin-amanlığın bərqərar olacağına inamla Təmas Qrupunun işində fəal iştirakını davam etdirəcək”, - deyə nazir qeyd edib.

apa-logo-mini

Digər xəbərlər