Azərbaycan XİN başçısının müavini İdlib böhranına münasibət bildirib

Azərbaycan XİN başçısının müavini İdlib böhranına münasibət bildirib
# 11 mart 2020 14:47 (UTC +04:00)

“Həm Türkiyə, həm də Rusiya Azərbaycan üçün vacib ölkələrdir”.

APA-nın məlumatına görə, bunu APA TV-yə müsahibəsində Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

X. Xələfov bildirib ki, Azərbaycan bu məsələnin tezliklə diplomatik yolla tənzimləməsinin tərəfdarıdır: “Bu baxımdan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfərini və bu səfər çərçivəsində əldə olunmuş razılaşmaları yüksək qiymətləndiririk. Suriyada yaranmış vəziyyət diplomatik yolla həllini tapmalıdır. Bu, təkcə gərginləşmə ilə bağlı deyil, eyni zamanda humanitar böhranın yaranmasına yol açan problemdir. Ölkələr bu sahədə əldə olunmuş razılaşmalara riayət etməlidir. Suriyada vəziyyətin gərginləşdirilməsinə, qarşıdurmanın artmasına, müharibənin qızışdırılmasına yol verilməməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR