Azərbaycan növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün AŞPA-ya dəvət göndərib

Azərbaycan növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün AŞPA-ya dəvət göndərib
# 11 dekabr 2019 12:43 (UTC +04:00)

Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsi ilə əlaqədar Azərbaycan Avropa Şurası Parlament Assambleyasına (AŞPA) rəsmi dəvət ünvanlayıb.

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S. Seyidov deyib ki, Milli Məclis sədrinin imzaladığı məktub AŞPA Prezidentinə təqdim edilib: “Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi də onu deyə bilərəm ki, biz bütün beynəlxalq təşkilatlara dəvət məktubları göndərmişik. Azərbaycan müşahidə missiyalarının Bakıya gəlməsi üçün tam açıqdır. Hesab edirik ki, bu, vacib məsələdir”.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR