Azərbaycan parlamenti Volkan Bozkırın BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilməsini alqışlayıb

Azərbaycan parlamenti Volkan Bozkırın BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilməsini alqışlayıb
  • Clock-gray 11:24
  • calendar-gray 19 İyun 2020

“Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Volkan Bozkır Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilib. Bu, tarixdə ilk dəfə olaraq, Türkiyə nümayəndə heyətinin bu posta seçilməsidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri bu münasibətlə V.Bozkırı təbrik edib.

Daha sonra çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova da təbrikə qoşulub. Spiker qeyd edib ki, V.Bozkır Türkiyə xalqının ləyaqətli oğludur.

Milli Məclisin deputatları da Volkan Bozkırın sədr seçilməsi münasibətilə onu alqışlayıblar.

Firuzə Vahid

Digər xəbərlər