Azərbaycan radikal erməni təşkilatlarının təhdidlərinə qarşı diplomatik nümayəndəliklərinin mühafizəsini gücləndirib

Azərbaycan radikal erməni təşkilatlarının təhdidlərinə qarşı diplomatik nümayəndəliklərinin mühafizəsini gücləndirib
# 15 iyul 2020 15:53 (UTC +04:00)

“Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin radikal erməni təşkilatlarının təhdidlərinə qarşı ehtiyatlı olmaları məqsədilə tərəfimizdən səfirlik və konsulluqlarımıza təlimat verilib”.

APA-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycanın Fransadakı Səfirliyinin binasına qarşı törədilən vandalizm aktı ilə bağlı məlumatda bildirilib.

Qeyd olunub ki, Vyana Konvensiyası əsasında diplomatik nümayəndəliklərimizin mühafizəsinin gücləndirilməsi ilə əlaqədar aidiyyəti üzrə xarici ölkələrə tərəfimizdən müraciət göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR