Azərbaycan və Finlandiya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Finlandiya XİN başçıları arasında telefon danışığı olub
# 15 yanvar 2021 17:31 (UTC +04:00)

2021-ci ilin 15 yanvar tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Finlandiya xarici işlər naziri Pekka Olavi Haavisto ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov bölgədə mövcud olan son vəziyyət barədə finlandiyalı həmkarını məlumatlandırıb.

Nazirlər, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası, eləcə də 11 yanvar 2021-ci il tarixində imzalanmış birgə bəyanat ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR