Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub
  • Clock-gray 15:15
  • calendar-gray 08 Aprel 2020

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində bildirilib.

Azərbaycan və İran XİN başçıları koronavirus pandemiyası ilə mübarizə məsələsini müzakirə ediblər və bu mübarizədə həmrəy olduqlarını ifadə ediblər. 

İran XİN başçısı ölkəsinin pandemiya ilə mübarizə təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu vurğulayıb.

Zümrüd Paşkin

Digər xəbərlər