Azərbaycan və İsrail xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və İsrail xarici işlər nazirləri arasında telefon danışığı olub
# 07 dekabr 2020 20:28 (UTC +04:00)

7 dekabr 2020-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail xarici işlər naziri Qabi Aşkenazi arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, nazirlər bölgədəki vəziyyət, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar və bölgədə sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsi üçün birgə bəyanatın icra edilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər, həmçinin müxtəlif sahələrdə həyata keçirilən layihələr də daxil olmaqla ikitərəfli əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR