Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri dəyişib

Azərbaycan və Litva  arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri dəyişib
# 02 mart 2020 18:09 (UTC +04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri İqtisadiyyat naziri təyin edilib.

İndiyə qədər komissiyanın həmsədri Vergilər naziri idi.

Komissiya həmsədrinin müavini Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini komissiyanın üzvləri isə aşağıdakı tərkibdə təsdiq edilib:

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Energetika nazirinin müavini

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR