Azərbaycan və Meksika arasında ticarət həcmi 34.5 mln. dollar təşkil edib

Azərbaycan və Meksika arasında ticarət həcmi 34.5 mln. dollar təşkil edib
# 20 avqust 2020 13:22 (UTC +04:00)

2020-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Meksika arasında ikitərəfli ticarətin ümumi həcmi 34.5 milyon dollar təşkil edib.

Meksikanın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, bununla da Meksika Latın Amerikası ölkələri arasında Azərbaycanın əsas ticari tərəfdaşlarından biri kimi təsdiqlənib.

Bildirilib ki, beynəlxalq ticarətdə COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, ikitərəfli ticarət müsbət tendensiya nümayiş etdirir.

“Baxmayaraq ki, 2020-ci ilin yanvar-iyul müddəti ərzindəki göstəricilər 2019-cu ilin eyni dövri ilə müqayisədə 5% azdır, lakin Meksika ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2020-ci ildə artmaqda davam edir. Bu xüsusda, 2020-ci ilin iyun ayına münasibətdə, iyul ərzində 13% artım qeydə alınıb. Bununla da, Azərbaycan tərəfindən idxal olunan məhsulların mənşə ölkələri siyahısında Meksika 26-cı yerdə qərarlaşır. 2020-ci ildə Meksikadan Azərbaycana ixrac olunan əsas məhsullar karbohidrogen və nəqliyyat sektorlarına aid olmaqda davam edərək, əsasən neft sektoru üçün boruların və şəhərdaxili nəqliyyat üçün istifadə olunan müxtəlif ölçüdə avtomobillərin satışında əks olunub”, - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR