Azərbaycan və Monqolustan XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Monqolustan XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib
# 23 fevral 2021 16:46 (UTC +04:00)

Bu gün videokonfrans şəklində Azərbaycan və Monqolustan Xarici İşlər Nazirlikləri (XİN) arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Monqolustan xarici işlər nazirinin müavini Minxjin Batsumber iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki və çoxtərəfli münasibətlərə aid məsələlər müzakirə mövzusu olub.

Azərbaycan xarici işlər nazirinin müavini bölgədə cərəyan edən son proseslər, o cümlədən 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, üçtərəfli bəyanatlardan irəli gələn tədbirlərin həyata keçirilməsi və digər aidiyyəti məsələlər barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə tərəflər Azərbaycan-Monqolustan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, gələcək əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və bu xüsusda bir sıra təkliflər irəli sürülüb.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyi, iqtisadi və ticarət sahəsində mövcud vəziyyətin inkişaf etdirilməsinin, o cümlədən kənd təsərrüfatı, xalçaçılıq, baytarlıq və digər istiqamətlər üzrə əməkdaşlığın, hüquq müqavilə bazasının möhkəmləndirilməsi üzrə işlərinin aparılmasının əhəmiyyəti qeyd edilib.

Görüşdə xalqlar arasında əlaqələrin gücləndirilməsi, turizm, təhsil, mədəniyyət, humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR