Azərbaycan və Türkmənistan XİN rəhbərləri arasında yeni razılıqlar əldə olunub

Azərbaycan və Türkmənistan XİN rəhbərləri arasında yeni razılıqlar əldə olunub
# 22 aprel 2020 20:27 (UTC +04:00)

Bu ilin 22 aprel tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkmənistan Xarici İşlər naziri Rəşid Meredov ilə telefon söhbəti baş tutub.

APA XİN-in Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, söhbət zamanı iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilib.

İlk növbədə, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında Türkmənistan dövlət başçısının cari ilin 11 mart tarixində Bakıya rəsmi səfəri zamanı razılaşdırılan ikitərəfli sazişlərin həyata keçirilməsinin vaicbliyi qeyd olunub.

Eyni zamanda tərəflər, nəqliyyat-kommunikasiya sahəsində ikitərəfli əməkdaşlığın xüsusi əhəmiyyətini vurğulayıblar. Xəzər dənizinin Ələt-Türkmənbaşı limanları arasında birbaşa dəniz əlaqəsinin Avrasiya qitəsində iqtisadi-ticarət əlaqələrinin inkişafının mühüm elementi olduğu bildirilib. Nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin yüksək effektivliyini qeyd edən diplomatlar, Şərq-Qərb istiqaməti boyunca nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyətinin təmin olunmasına yönəlik yeni tərəfdaşlıq formalarının axtarışı və tətbiq olunmasına diqqət ayırıblar.

Bu xüsusda nazirlər Azərbaycan və Türkmənistan xarici siyasət qurumları arasında sıx mütəmadi əlaqələrin saxlanılmasını razılaşdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR