Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olub
# 22 may 2020 18:11 (UTC +04:00)

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.

Nazirlər mövcud qlobal pandemiya ilə bağlı vəziyyətə toxunaraq, sağlamlıq böhranı ilə mübarizədə dövlətlər tərəfindən görülən tədbirlərə dair fikir mübadiləsi aparıblar. Onlar mövcud vəziyyətdə qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, ölkələr arasında xüsusilə iqtisadi və enerji sahəsində əlaqələrin inkişafını, eləcə də tərəflərin milli maraqlarına uyğun olaraq, nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Tərəflər arasından qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR