Azərbaycan vətəndaşları gələn aydan Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcək - YENİLƏNİB

Azərbaycan vətəndaşları gələn aydan Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcək - YENİLƏNİB
  • Clock-gray 18:25
  • calendar-gray 16 Mart 2021

Azərbaycan-Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında Bakıda imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında 1 saylı Protokol 1 aprel 2021-ci ildən qüvvəyə minir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

“Bu tarixdən vətəndaşlarımız şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə biləcəklər”, - deyə qeyd olunub.

***

saat 15:54

Azərbaycan vətəndaşları aprelin 1-dən etibarən Türkiyəyə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcək.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş Polis İdarəsi məlumat yayıb.

“İki ölkə vətəndaşları 1 aprel 2021-ci ildən etibarən qarşılıqlı səfərlər zamanı yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcək. Vizasız qalma müddəti 30 gündən 90 günə qədər uzadılıb”, - deyə bildirilib.

Zümrüd Paşkin

Digər xəbərlər