Azərbaycanda olan Türkiyə vətəndaşları təxliyə ediləcək

Azərbaycanda olan Türkiyə vətəndaşları təxliyə ediləcək
# 17 aprel 2020 18:22 (UTC +04:00)

"Azərbaycanda olan və Türkiyəyə qayıtmaq istəyən vətəndaşlarımızın təxliyə edilməsi üçün qarşıdakı günlərdə “Türk Hava Yolları” tərəfindən uçuşlar həyata keçiriləcək".

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilib.

“Bu günə qədər Türkiyəyə qayıtmaq istədiyini bildirərək səfirlikdə qeydiyyatdan keçmiş vətəndaşlarımıza uçuşlarla bağlı məlumatlar elektron qaydada, “whatsapp” və ya SMS mesajı ilə bildiriləcək”, - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR