Azərbaycandan Avropa İttifaqına çox girişli viza müraciətlərinin sayı artıb

Azərbaycandan Avropa İttifaqına çox girişli viza müraciətlərinin sayı artıb
# 23 dekabr 2019 13:16 (UTC +04:00)

“Şərq Tərəfdaşlığı” ölkələri Avropa İttifaqının (Aİ) ticarət tərəfdaşları siyahısında 10-cu yerdədir”.

APA-nın xəbərinə görə, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, son 10 ildə Aİ-nin Azərbaycanla ticarət dövriyyəsinin həcmi 28 faiz artıb.

K. Yankauskas qeyd edib ki, 2015-2018-ci illərdə Azərbaycandan Aİ-yə çox girişli viza müraciətlərinin sayı 40 faiz artıb.

O vurğulayıb ki, 2014-2019-cü illərdə Azərbaycanla əməkdaşlıq layihələrinə Aİ tərəfindən 76 milyon avro vəsait ayırıb: “Bu vəsait təhsil, biznes və regional inkişafa dəstək, habelə tibb sahəsinə ayrılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR