Azərbaycanın AŞPA-da nümayəndə heyətinin yeni tərkibdə ilk iclası keçirilib, Kamal Cəfərov müavin seçilib

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin yeni tərkibdə ilk iclası keçirilib, Kamal Cəfərov müavin seçilib
# 28 aprel 2020 17:37 (UTC +04:00)

Bu gün Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibinin ilk iclası keçirilib.

Millət vəkili Kamal Cəfərov APA-ya açıqlamasında bildirib ki, nümayəndə heyətinin kollegial qərarı ilə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbərinin müavini seçilib.

Millət vəkili bildirib ki, bu, onun üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, istənilən platforma vasitəsilə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalısında fəal olmalı, hücum diplomatiyası aparmalı, ölkəmizə qarşı bütün əsassız ittihamlara qarşı mübariz olmalıyıq. Hesab edirəm ki, biz də bu prinsipləri rəhbər tutaraq fəaliyyətimizi qurmalıyıq.

Ona görə də nümayəndə heyətinin rəhbəri hörmətli Səməd müəllimin rəhbərliyi ilə qarşıda bizi məsuliyyətli bir o qədər vacib bir fəaliyyət gözləyir. Yeni heyətdə təmsil olunan digər həmkarlarımı da təbrik edirəm və hər birimizə bu işdə uğurlar arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR