Azərbaycanın Baş Naziri Qazaxıstanın Baş Nazirinə başsağlığı verib

Azərbaycanın Baş Naziri Qazaxıstanın Baş Nazirinə başsağlığı verib
# 27 dekabr 2019 15:57 (UTC +04:00)

Baş Nazir Əli Əsədov Qazaxıstan Respublikasının Baş Naziri Askar Maminə başsağlığı məktubu göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Əsədov Almatı şəhəri yaxınlığında insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqda xəbərdən olduqca kədərləndiyini vurğulayıb.

Baş Nazir faciə ilə əlaqədar qazaxıstanlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR