Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Yelena Zelenskaya ilə görüşüb - YENİLƏNİB

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Yelena Zelenskaya ilə görüşüb - YENİLƏNİB
# 17 dekabr 2019 21:10 (UTC +04:00)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 17-də ölkəmizdə səfərdə olan Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.

APA xəbər verir ki, çay süfrəsi arxasında keçirilən görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanı Bakıda görməkdən şad olduğunu bildirdi. Mehriban Əliyeva qeyd etdi ki, bu səfər ölkəmizlə daha yaxından tanış olmaq üçün gözəl imkandır.

Yelena Zelenskaya Bakıda olmaqdan və Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşməkdən məmnunluğunu ifadə etdi.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı ətrafında fikir mübadiləsi aparıldı.

***

16:02

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 17-də ölkəmizdə səfərdə olan Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR