Azərbaycanın GUAM PA-dakı nümayəndə heyətinin yeni tərkibi məlum olub

Azərbaycanın GUAM PA-dakı nümayəndə heyətinin yeni tərkibi məlum olub
# 28 aprel 2020 21:05 (UTC +04:00)

Azərbaycanın GUAM Parlament Assambleyasında nümayəndə heyətinin yeni tərkibi və rəhbəri təsdiqlənib.

APA-nın məlumatına görə, millət vəkili Elnur Allahverdiyev bu barədə qeyd edib.

E.Allahverdiyevin sözlərinə görə, bu qurumdakı nümayəndə heyətinə rəhbərlik edəcək.

Millət vəkili bildirib ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı sıralarında birləşdirən GUAM ciddi potensialı olan regional təşkilatdır:

“Təşkilat 1997-ci il oktyabrın 10-da yaradılıb. Əsas fəaliyyət prinsipləri iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, demokratik proseslərin sürətləndirilməsi, habelə bütün növ aqressiyalara, əsasən də etnik separatizm və dövlətlərin suverenliyinə qarşı yönəlmiş təhlükələrə qarşı vahid cəbhədən mübarizədir. GUAM PA qurumda birləşən dövlətlərin qanunverici orqanlarının koordinasiyalı şəkildə fəaliyyətlərini tənzimləmələri üçün əlverişli siyasi platformadır. Hər bir beynəlxalq təşkilatda fəal iştirak, Azərbaycanın milli maraqlarının təbliği, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılması qarşımızda duran başlıca vəzifə olmalıdır. Prezidentimiz İlham Əliyev hesab edir ki, bu məqsədlərin reallaşdırılması üçün müdafiə deyil, daima aktiv hücüm diplomatiyasından istifadə etməli və düşmənə qarşı bütün çoxmillətli müstəvilərdə effektiv mübarizə nümayiş etdirməliyik. GUAM PA-nın da belə regional təşkilatlardan olduğunu nəzərə alaraq qeyd olunan istiqamətlərdə səylərimizi əsirgəməyəcəyik. Bu mübarizədə bizə dəstək olan bütün vətəndaşlarımıza öncədən təşəkkür edirəm”.

Qeyd edək ki, GUAM PA-nın nümayəndə heyətinin üzvləri isə millət vəkilləri - Nəsib Məhəməliyev, Əli Məsimli, Fatma Yıldırım, Cavid Osmanov, Qüdrət Həsənquliyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR