Azərbaycanın Gürcüstandakı səfirliyində vətəndaşların qəbulu dayandırılıb

Azərbaycanın Gürcüstandakı səfirliyində vətəndaşların qəbulu dayandırılıb
# 19 mart 2020 18:54 (UTC +04:00)

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində və səfirliyin Konsulluq şöbəsində vətəndaşların qəbulu müvəqqəti olaraq dayandırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə səfirliyin “Facebook” səhifəsində bildirilib.

Qərarın koronavirusla əlaqəli olduğu vurğulanıb.

Qeyd olunub ki, vətəndaşlar təcili məsələlərlə bağlı +995 577 06 50 50 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR