Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında orduya dəstək aksiyası keçirilib - FOTO

Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında orduya dəstək aksiyası keçirilib - FOTO
# 18 iyul 2020 11:55 (UTC +04:00)

Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısında Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində baş verən gərginliklə bağlı Azərbaycana və Azərbaycan ordusuna dəstək aksiyası keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız paytaxt Tbilisidəki səfirlik binasının önünə toplaşaraq Azərbaycana öz dəstəklərini ifadə ediblər.

Əllərində həm Azərbaycan, həm də Gürcüstan bayraqları tutan aksiyaçılar Gürcüstanın bu mübarizədə Azərbaycanla həmrəy olduğunu bildiriblər.

Aksiyada gürcüstanlı ictimai xadimlər və politoloqlar da iştirak ediblər. Baş verə biləcək təxribatların qarşısını almaq məqsədi ilə əraziyə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, bu aksiya Azərbaycana dəstək məqsədi ilə Gürcüstanda son bir həftə ərzində keçirilən sayca üçüncü aksiyadır. Daha əvvəl Ermənistanın Tbilisidəki səfirliyinin qarşısında və “Sınıq körpü” sərhəd keçid məntəqəsində də aksiya təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR