Azərbaycanın Kolumbiyadakı Səfirliyi ehtiyacı olan ailələrə hədiyyələr paylayıb

Azərbaycanın Kolumbiyadakı Səfirliyi ehtiyacı olan ailələrə hədiyyələr paylayıb
  • Clock-gray 06:33
  • calendar-gray 29 Dekabr 2020

Azərbaycanın Kolumbiyadakı Səfirliyi tərəfindən Milad bayramı münasibətilə Kolumbiyanın “Acoexar” fondunun təşkilatçılığı ilə Boqota şəhərinin San-Rafael rayonunda ehtiyacı olan sakinlərə hədiyyələr paylanılıb.

Səfirlikdən APA-ya verilən məlumata görə, hədiyyələrin təqdim olunması ilə bağlı tədbirdə çıxış edən səfirliyin birinci katibi E.İskəndərov ilk öncə tədbir iştirakçılarını Milad və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edib, iki ölkə arasında mövcud olan ənənəvi dostluq münasibətləri barədə danışıb.

Azərbaycanlı diplomat, həmçinin tədbir iştirakçılarına Azərbaycan barədə məlumat verərək, 2020-ci ilin olduqca çətin olmasına rəğmən, 30 ilə yaxın erməni işğalı altında qalmış torpaqların azad edilməsi ilə əlaqədar bu ilin Azərbaycan xalqının xatirəsində möhtəşəm Zəfər ili kimi qalacağını qeyd edib.

apa-logo-mini

Digər xəbərlər