Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Qazaxıstanın “Dostık” ordeni ilə təltif edilib

Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Qazaxıstanın “Dostık” ordeni ilə təltif edilib
# 02 dekabr 2020 15:32 (UTC +04:00)

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Qazaxıstan Respublikasının II dərəcəli “Dostık” ordeni ilə təltif edilib.

Bu barədə APA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, konstitusionalizm ideyaların və prinsiplərin inkişafına, Qazaxıstanın və Azərbaycanın konstitusional orqanları və xalqları arasında mövcud olan dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qazaxıstan Respublikasının Prezidenti K.Tokayevin sərəncamı çərçivəsində Qazaxıstanın Azərbaycandakı səfiri S.Abdıkarimov Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevi Qazaxıstan Respublikasının II dərəcəli “Dostık” ordeni, Konstitusiya Məhkəməsi Apparatının Rəhbəri R.Quliyevi isə “Qazaxıstan Konstitusiyası – 25 il” yubiley medalı ilə təltif edib.

Azərbaycan Respublikasının Konstitusiyasının 25 illiyi və işğal olunmuş ərazilərin azad edilməsi münasibətilə səfir Azərbaycan tərəfə həmin ərazilərdə Konstitusiya nəzarətinin və qanuniliyin, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında bərpa edilməsi ilə əlaqədar öz təbriklərini çatdırıb.

Qazaxıstanlı diplomat, həmçinin, qardaş ölkələrin və xalqların rifahı naminə Azərbaycan Respublikasının Konstitusya Məhkəməsinin rəhbərliyinə və kollektivinə Qazaxıstan Respublikasının Konstitusiya Şurası ilə ikitərəfli və çoxtərəfli formatda uzunmüddətli əməkdaşlığa və faydalı tərəfdaşlığa görə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR