Azərbaycanın Müdafiə naziri Rusiya tərəfinə başsağlığı verib

Azərbaycanın Müdafiə naziri Rusiya tərəfinə başsağlığı verib
# 19 dekabr 2020 20:35 (UTC +04:00)

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, başsağlığında deyilir: “Şuşa şəhərinin yaxınlığındakı yol sahəsini minalardan təmizləyərkən Rusiya Federasiyası Silahlı Qüvvələrinin zabitinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olan zabitin ailəsinə, əzizlərinə və yaxınlarına başsağlığı verirəm.

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR