Azərbaycanın Pakistandakı Səfirliyinin Konsulluq şöbəsinin fəaliyyəti dayandırılıb

Azərbaycanın Pakistandakı Səfirliyinin Konsulluq şöbəsinin fəaliyyəti dayandırılıb
  • Clock-gray 13:48
  • calendar-gray 07 Aprel 2020

Azərbaycanın Pakistandakı Səfirliyi Konsulluq şöbəsinin fəaliyyətini məhdudlaşıdır.

APA-nın xəbərinə görə, bu barədə səfirlik məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu addım koronavirus pandemiyası ilə mübarizə çərçivəsində atılır.

"Koronavirus pandemiyası ilə bağlı mübarizə tədbirlərinin bir hissəsi kimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş təlimata əsasən, Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin Konsulluq şöbəsi müvəqqəti olaraq müəyyən müddət ərzində (20 aprel tarixindək, zərurət davam edərsə müddət uzadıla bilər) vətəndaşların qrup və fərdi surətdə qəbulunu və onlarla birbaşa təması məhdudlaşdırır.

Səfirliyin Konsulluq bölməsində vətəndaşların fasiləsiz qəbulu yalnız elektron poçt və telefon rabitəsi vasitəsilə həyata keçiriləcək. 

Vətəndaşların müraciət və suallarının Səfirliyin elektron poçt ünvanına və ya mobil etelefon vasitəsilə Səfirliyin birinci katibinə (Konsul) ünvanlanması xahiş olunur",  - deyə səfirliyin məlumatında bildirlib. 

Zümrüd Paşkin

Digər xəbərlər