Azərbaycanın Rusiyadakı Səfirliyi Volqoqradda azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı məlumat yayıb

Azərbaycanın Rusiyadakı Səfirliyi Volqoqradda azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı məlumat yayıb
# 15 iyun 2020 12:34 (UTC +04:00)

Azərbaycanın Rusiyadakı Səfirliyi iyunun 13-də Volqoqrad şəhərində azərbaycanlı tələbənin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumatda bildirilir: "13 iyun 2020-ci il tarixində Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşı Timur Valeri oğlu Qavrilovun qətlə yetirilməsi ilə bağlı məlumat Səfirliyə daxil olan kimi tərəfimizdən dərhal Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinə rəsmi məktub göndərilib.

Bundan əlavə, cari ilin 14 iyun tarixində Səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlayıb.

Bildiririk ki, hadisə ilə bağlı cinayət işi qaldırılmış və məsələ Səfirliyin ciddi nəzarəti altındadır.

İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat verilicək”.

Qeyd edək ki, iyunun 13-də Volqoqrad şəhərinin Voroşilov rayonunda Azərbaycan vətəndaşı Timur Qavrilovun meyiti tapılıb. Tələbə yataqxanasının yanında xüsusi amansızlıqla qətlə yetirilən Azərbaycan vətəndaşının 17 yaşı olub. O, Volqrad Tibb Universitetində təhsil alırmış.

Məlum olub ki, dostugildən gələn Timur naməlum şəxs tərəfindən 20 bıçaq zərbəsi ilə qətlə yetirilib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR