Azərbaycanın Rusiyadakı səfiri: “Xocalı sifarişçilərini, icraçılarını axtarmaq lazım deyil, onlar məlumdur”

Azərbaycanın Rusiyadakı səfiri: “Xocalı sifarişçilərini, icraçılarını axtarmaq lazım deyil, onlar məlumdur”
# 17 mart 2021 04:37 (UTC +04:00)

Xocalı qatillərini axtarmaq lazım deyil. Xocalının sifarişçiləri, icraçıları məlumdur.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Nezavismaya qazeta”ya müsahibəsində bildirib.

O, Xocalı qatillərinin bir neçəsinin öz “qəhrəmanlıq”larını kitablarda, xatirələrində və müsahibələrində inanılmaz abırsızlıqla təsvir etdiklərini söyləyib:

“Təəssüflər olsun ki, onların hərəkətlərinə hələ də hüquqi qiymət verilməyib. Vurğulamaq istəyirəm ki, Xocalı ən qanlı, ən miqyaslı faciədir, lakin birinci Qarabağ müharibəsi illərində baş verən yeganə faciə deyil. Əsgəran, Qafan, Gümrü, Zəngibasar, Qukark, Qaradağlı, Ağdaban, Xocalı - bu adların hər birinin arxasında onlarla və yüzlərlə günahsız öldürülmüş dinc sakinlər dayanır. Cinayət məsuliyyətinin əsas prinsipi cəzanın qaçılmazlığı prinsipidir. Gələcəkdə belə cinayətlərin təkrarlanmayacağına zəmanət verən məhz bu prinsipdir. Maksimal səylərimizi göstərməliyik ki, bütün dünya Qarabağ münaqişəsi zamanı torpaqlarımızda insanlığa qarşı törədilmiş dəhşətli cinayətləri bilsin və qınasın. Düşünürəm ki, bu, yalnız bizim üçün deyil, bütün dünya ölkələri üçün belə bir hadisənin haradasa təkrar olunma ehtimalını istisna etmək üçün vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR