Azərbaycanın Türkiyədəki Səfirliyi Dövlət Bayrağı və Şuşanın Qələbə gününü qeyd edib

Azərbaycanın Türkiyədəki Səfirliyi Dövlət Bayrağı və Şuşanın Qələbə gününü qeyd edib
# 09 noyabr 2020 11:54 (UTC +04:00)

Bu gün Ankarada Azərbaycanın 9 Noyabr - Dövlət Bayrağı Günü və Şuşanın işğaldan azad olunması münasibətilə əlaqədar tədbir keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Heydər Əliyev parkında baş tutan tədbirdə Azərbaycanın Türkiyədəki Səfiri Xəzər İbrahim 9 Noyabr - Dövlət Bayrağı Gününün tarixindən bəhs edib.

Səfir Şuşanın qələbə xəbərinin ardından qısa zamanda işğal altında olan digər torpaqlarımızın işğaldan azad olunacağına ümid etdiyini bildirib.

Əllərində Azərbaycan və Türkiyə bayraqları olan səfirlik əməkdaşları Heydər Əliyev parkındakı ulu öndərin büstü önünə gül çələngi qoyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR