Azərbaycanın Türkiyədəki səfiri: “Türkiyədə COVID-19-a yoluxan 6 Azərbaycan vətəndaşı var və onların səhhəti normaldır”

Azərbaycanın Türkiyədəki səfiri: “Türkiyədə COVID-19-a yoluxan 6 Azərbaycan vətəndaşı var və onların səhhəti normaldır”
# 15 aprel 2020 00:41 (UTC +04:00)

“Türkiyədə yeni növ koronavirus (COVID-19) xəstəliyinə yoluxan 6 Azərbaycan vətəndaşı var. Onların vəziyyəti qənaətbəxşdir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bildirib.

Səfir deyib ki, həmin xəstələrdən beşi evə buraxılıb, birinin isə müalicəsi xəstəxanada davam edir və səhhəti normaldır: “Xəstəxanada müalicə olunan vətəndaşımızın da səhhəti normaldır”.

X.İbrahim deyib ki, hazırda 10 Azərbaycan vətəndaşı isə karantin şəraitində yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR