Azərbaycanın diplomatik nümayəndəliklərinin saxlanılmasına 104,8 milyon manat xərclənib

Azərbaycanın diplomatik nümayəndəliklərinin saxlanılmasına 104,8 milyon manat xərclənib
# 16 may 2020 11:18 (UTC +04:00)

Keçən il Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyətinin maliyyə təminatı üçün ayrılmış vəsaitin həcmi açıqlanıb.

APA-nın məlumatına görə, bu, “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda əksini tapıb.

Hesabatda qeyd edilib ki, 2019-cu ildə Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyətinin maliyyə təminatı üçün 104,8 milyon manat və Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri üçün 2,7 milyon manat vəsait yönəldilib.

Ümumilikdə isə beynəlxalq fəaliyyət, beynəlxalq maliyyə-kredit təşkilatlarına və ictimai-siyasi təşkilatlara üzvlük haqqı, beynəlxalq və ölkə səviyyəli tədbirlər, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri və xarici qrantlar hesabına həyata keçirilən layihələrlə bağlı xərclər üzrə 2019-cu ilin dövlət büdcəsindən 246,7 milyon manat vəsait yönəldilib.

Bu vəsaitin 17,7 milyon manatı Azərbaycan Respublikasının beynəlxalq ictimai-siyasi təşkilatlara (Birləşmiş Millətlər Təşkilatına (BMT), Beynəlxalq Əmək Təşkilatına, Beynəlxalq Telekommunikasiya İttifaqına, Ümumdünya Səhiyyə Təşkilatına, BMT-nin Ərzаq və Kənd Təsərrüfаtı Təşkilatına (FAO), Beynəlxalq Аtоm Еnеrjisi Аgеntliyinə, BMT-nin Təhsil, Elm və

Mədəniyyət Təşkilatına (UNESCO), BMT sisteminə aid olan digər qurumlara, proqramlara və konvensiyalara, Avropa Şurası və onun qurumlarına, İslаm Əməkdaşlıq Təşkilatına (OIC) və оnun qurumlаrına, Müstəqil Dövlətlər Birliyinə (MDB), Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna

31 (JINR), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-a, İqtisаdi Əməkdаşlıq Təşkilatına (ECO) və digər təşkilatlara) üzvlüyü ilə bağlı xərclərə, 18,4 milyon manatı

beynəlxalq maliyyə-kredit təşkilatlarının səhm kapitalında iştirakla bağlı xərclərin maliyyələşdirilməsinə (Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB), Asiya İnkişaf Bankına (ADB) və İslam İnkişaf Bankına (IDB)) yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR