Azərbaycanla Gürcüstan arasında təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Gürcüstan arasında təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlıq müzakirə edilib
  • Clock-gray 19:16
  • calendar-gray 06 Dekabr 2019

 

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov bu ölkənin yeni Təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çxenkeli ilə görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, görüşdə  təhsil, elm, mədəniyyət və idman sahələrində ölkələr arasında gələcək əməkdaşlıq planları müzakirə edilib.

Səfir Dursun Həsənov Mixeil Çxenkeliyə nazir təyin olunması ilə əlaqədar Azərbaycan tərəfinin təbrik məktublarını təqdim edib.

Görüşdə "SOCAR Georgia Petroleum"un baş direktoru Mahir Məmmədov da  iştirak edib.

 

Səid Babazadə

Digər xəbərlər