Azərbaycanlı deputat AŞPA-da çıxışı zamanı Xankəndidə, Ağdərədə yaşayan ermənilərə səslənib

Azərbaycanlı deputat AŞPA-da çıxışı zamanı Xankəndidə, Ağdərədə yaşayan ermənilərə səslənib
# 19 aprel 2021 20:25 (UTC +04:00)

"Buradan Xankəndi, Ağdərə, Xocalıda yaşayan, rus sülhməramlıların da olduğu yerlərdəki ermənilərə səslənmək istəyirəm. Biz o erməniləri öz vətəndaşlarımız sayırıq. Reinteqrasiya qaçılmazdır və gerçəkləşəcək".

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov AŞPA-nın yaz sessiyası zamanı çıxışında deyib. O bildirib ki, hazırda Qarabağdakı möhtəşəm rekonstruksiyasının birinci mərhələsi gedir və müxtəlif kooperasiya formatları yaradılır.

"Bir çox insan sülhün mümkünlüyünə inanmaya bilər. Ancaq bu, Ermənistan hökumətinin yaymağa çalışdığı təhlükəli bir fikirdir. Bizə qarşı edilmiş cinayətləri heç bir zaman unutmasaq da, biz gələcəyə baxmalıyıq. Biz mütləq sonsuz barış konsepsiyasına deyil, əldə ediləbilən, praktik sülh konsepsiyasına istinad edirik", - deyə Kamal Cəfərov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR