BMT Baş katibi: “Pandemiya ilə mübarizə çərçivəsində inkişaf etməkdə olan ölkələrə lazımi dəstək göstərilməyib”

BMT Baş katibi: “Pandemiya ilə mübarizə çərçivəsində inkişaf etməkdə olan ölkələrə lazımi dəstək göstərilməyib”
# 04 may 2020 15:54 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa (COVID-19) qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” (United against COVID-19) mövzusunda Zirvə görüşündə BMT Baş katibi Antonio Quttereşin videomüraciəti səsləndirilib.

APA-nın xəbərinə görə BMT Baş katibi Antonio Quterreş iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edən Azərbaycan Prezidentinə təşəkkür edib.

BMT Baş katibi müraciətində bildirib ki, hazırda cəmiyyətlər ağır sınaqdan keçir: “Bu pandemiya insanlara iztirab verir, qlobal iqtisadiyyatı pozur, insanların həyatında təşviş yaradır. Bu sarsıntı cəmiyyətlərimizin iqtisadiyyatının necə kövrək olduğunu göstərdi".

Baş katib bildirib ki, bu pandemiya dayanıqlı inkişaf məqsədlərini təhdid edərək ölkələrin iqtisadi sistemləri arasında qeyri-bərabərliyi üzə çıxardıb.

A. Quterreş qeyd edib ki, bu böhranın miqyası və təsirləri koordinasiyalı şəkildə yaxın əməkdaşlıq şəraitində işləmək cəsarətli və uzaqgörən addımlar atmaq tələb edir.

BMT Baş katibinin sözlərinə görə, pandemiya ilə mübarizə çərçivəsində inkişaf etməkdə olan ölkələrə lazımi dəstək göstərilməyib. O deyib ki, bu ölkələrin virusla mücadiləsi üçün onlara genişmiqyaslı dəstək tələb olunur.

BMT Baş katibi bildirib ki, dünya ölkələrinin 2/3-ni özündə birləşdirən Qoşulmama Hərəkatı qlobal həmrəyliyin formalaşdırılmasında mühüm rol oynayır: "Bizim 3 təxirəsalınmaz prioritetimiz var: İlk olaraq COVID-19 pandemiyasına son qoymaq, onun sosial-iqtisadi təsirlərini aradan qaldırmaq və bərpa mərhələsində daha güclü əsaslar qurmaq".

Baş katib deyib ki, böhranla mübarizə 2030-cu il gündəliyini və “Paris sazişi” ilə bağlı gözləntiləri həyata keçirməyə mane olmamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR