BMTM-də amerikalı ekspertlərlə görüş keçirilib

BMTM-də amerikalı ekspertlərlə görüş keçirilib
# 19 fevral 2020 15:57 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) ABŞ-ın İrs Fondu (Heritage Foundation) və Xəzər Siyasi Mərkəzindən (Caspian Policy Center) olan nümayəndə heyəti ilə görüş keçirilib.

BMTM-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, səfir Riçard Hoqland, mərkəzin icraçı direktoru Əfqan Nifti, səfir Alan Mustard, səfir Syuzan Eliot, İrs Fondundan Lyuk Koffi iştirak ediblər.

BMTM-nin sədri Fərid Şəfiyev bir ildir fəaliyyət göstərən mərkəz barədə məlumat verib. O bildirib ki, mərkəzin əsas fəaliyyət istiqaməti Azərbaycanın xarici siyasətinin və beynəlxalq əlaqələrin müxtəlif aspektlərini təhlil etməkdir. F. Şəfiyev bu baxımdan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və danışıqlar prosesinin təhlilinə xüsusi yer ayrıldığını vurğulayıb.

F. Şəfiyev Azərbaycanın ABŞ-la əlaqələrə xüsusi önəm verdiyini qeyd edərək mərkəz daxilində bu sahənin təhlili üçün ekspertin fəaliyyət göstərdiyini əlavə edib. O, iki ölkə arasında əlaqələrin möhkəmlənməsi istiqamətində bir sıra addımların atılmalı olduğunu deyib.

Görüş zamanı azərbaycanlıların ABŞ-ın həyatında iştirakının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Tərəflər gələcəkdə birgə tədbirlərin keçirilməsi ideyaları barədə də müzakirələr aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR