BMTM-in saytı istifadəyə verilib

BMTM-in saytı istifadəyə verilib
# 11 dekabr 2019 15:01 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəsmi internet səhifəsi - aircenter.az fəaliyyətə başlayıb.

APA xəbər verir ki, sayt ilkin mərhələdə 2 - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.

Saytda aylıq bülletenlər, nəşrlər və məqalələr, keçirilmiş tədbirlər, press-relizlər və BMTM-lə bağlı digər xəbərlər yerləşdiriləcək. Bununla yanaşı saytda imkanlar bölməsində təqaüd, təcrübə, könüllülük proqramları ilə bağlı son elanlar və iş imkanları ilə bağlı məlumatlar yer alacaq, yeni layihələr barədə ictimaiyyətə məlumat veriləcək.

Həmçinin saytın BMTM-in sosial şəbəkələrdəki ünvanlarına çıxışı təmin olunub. Saytın tam hazır vəziyyətə gətirilməsi istiqamətində işlər davam etdirilir. Daha ətraflı aircenter.az ünvanına daxil olaraq tanış ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR