BQXK nümayəndəsi Dağlıq Qarabağda humanitar atəşkəsə dair razılaşmanı alqışladıqlarını bildirib

BQXK nümayəndəsi Dağlıq Qarabağda humanitar atəşkəsə dair razılaşmanı alqışladıqlarını bildirib
# 11 oktyabr 2020 00:08 (UTC +04:00)

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) gərginləşmiş Dağlıq Qarabağ münaqişəsində humanitar atəşkəsə dair razılaşmanı alqışlayır və ölən hərbçilərin cəsədlərinin təhvil verilməsini və eyni zamanda saxlanılanların dəyişdirilməsi üçün bitərəf vasitəçi qismində çıxış etməyə hazır olduğunu bildirir.

APA xəbər verir ki, bunu BQXK-nın Avrasiya Regional Direktoru Martin Şüepp söyləyib.

O, BQXK-nın dünyada baş verən qarşıdurmalarda bitərəf vasitəçi kimi uzun tarixə malik təcrübəsi olduğunu və bu prosesi sürətlə həyata keçirə biləcəklərinə ümid etdiyini bildirib: “Hərbi əməliyyatlarda öldürülənlərin cəsədləri yaxınlarına qaytarılacaq. Biz məhz saxlanılanların ailələrinə qovuşmaları üçün, onların sərbəst buraxılmasını asanlaşdırmaq üçün buradayıq”.

Şüepp tərəflərlə müntəzəm müzakirələr aparmağa hazır olduqlarını bildirib:

“Ümid edirik ki, bu, həftələrdir davam edən gərgin döyüşlərdən sonra ailələr üçün əhəmiyyətli dərəcədə rahatlıq yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR