Bakıda Hindistanın Konstitusiya Günü qeyd olunub

Bakıda Hindistanın Konstitusiya Günü qeyd olunub
# 27 noyabr 2019 15:18 (UTC +04:00)

Bakıda Hindistanın Konstitusiya Günü qeyd olunub.

Hindistan səfirliyindən APA-ya verilən məlumata görə, ölkə Konstitusiyasının 70-ci ildönümünə həsr olunmuş tədbirdə Azərbaycandakı Hindistan icmasının üzvləri, Milli Məclisin Hindistan-Azərbaycan Dostluq Qrupunun üzvü, millət vəkili Rüfət Quliyev iştirak ediblər.

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Valnalvavna hər bir hindlinin sosial, iqtisadi və siyasi həyatı ilə bağlı məsələləri əhatə edən, ədalət, azadlıq və bərabərliyə zəmanət verən Hindistan Konstitusiyasının mahiyyəti haqqında danışıb. O, ölkə Konstitusiyasının vacib xüsusiyyətlərinə, təməl vəzifələrinə toxunub.

Milli Məclisin deputatı Rüfət Quliyev 1,3 milyard nəfərdən çox əhalisi olan Hindistanın zəngin demokratik ənənələrə sahib olduğunu söyləyib. Hindistan Konstitusiyasının ən yaxşı xüsusiyyətləri özündə cəmləşdirdiyini qeyd edib. O, həmçinin Hindistanın ümumi seçkilərinin böyük demokratik bir proses olduğunu, 900 milyon qeydiyyatdan keçmiş seçicinin, 11 milyon seçki səlahiyyətlisinin, 1 milyon seçki məntəqəsinin və 2.3 milyon elektron səsvermə aparatının olduğunu deyib.

Qeyd edək ki, Hindistan hökuməti Konstitusiya Gününün 70 illiyi münasibətilə il ərzində tədbirlərin keçirilməsi ilə bağlı qərar qəbul edib. Bununla əlaqədar Azərbaycandakı Hindistan səfirliyi bu müddət ərzində bir sıra tədbirlər təşkil etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR