Bakıda Türk Şurası XİN başçılarının iclası başa çatıb - YENİLƏNİB

Bakıda Türk Şurası XİN başçılarının iclası başa çatıb - YENİLƏNİB
# 06 fevral 2020 14:14 (UTC +04:00)

Bakıda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası başa çatıb.

APA-nın xəbərinə görə, iclasda Fəxri Prezidentin statusunun müəyyənləşdirilməsi, təşkilata üzv olmayan ölkələr, habelə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

İclasda Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları da müzakirə edilib.

XİN başçıları üzv ölkələr arasında iqtisadi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, təşkilat daxilində birliyin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Təşkilatın perspektivlərini müəyyən edən “Türk Şurası 2025” adlı yeni strategiya da müzakirə edilən məsələlər arasında yer alıb.

***

saat 11:25

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Xarici İşlər nazirləri Şurasının növbədənkənar iclası keçirilir.

APA-nın xəbərinə görə, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan XİN başçıları, Macarıstanın Xarici İşlər və Ticarət nazirinin müavini iştirak edirlər.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Macarıstan müşahidəçi üzv statusuna malikdir. 2019-cu ilin sentyabr ayında Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olmaq barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR